Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “3-4 aydır dözürük”backend

Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “3-4 aydır dözürük”

Bakı Dövlət Universitetinin (BDU) C korpusunda təhsil alan tələbələr dərs prosesinə mane olan səs-küy problemindən şikayətləniblər.

KONKRET.az xəbər verir ki, tələbələr bununla bağlı universitetin rektoru Məleykə Abbaszadəyə müraciət ediblər. Müraciət “Azərbaycan Tələbələri” sosial şəbəkə səhifəsində paylaşılıb.

Tələbələrin sözlərinə görə, C korpusunun yerləşdiyi ərazidə magistral yoldan gələn avtomobil səsləri, eləcə də yaxınlıqdakı qəssabxana və avtomobil yuma məntəqəsinin səs-küyü dərslərin normal keçirilməsinə mane olur. Məişət texnikası

Onlar bildiriblər ki, kənar səslər dərs zamanı diqqətlərini yayındırır və tədrisin keyfiyyətinə mənfi təsir göstərir.

“Biz ixtisas seçimi edərkən o akademik mühiti bildik və bu səbəbdən həmin ixtisası seçmişdik. Lakin hazırda təhsil aldığımız BDU-nun C korpusundakı vəziyyət qətiyyən ürəkaçan deyil. Bir tərəfdən magistral yolun səsi, digər tərəfdən qəssabxana və maşın yuma məntəqəsindən gələn səslər diqqətimizi yayındırır və dərslərimizin keyfiyyətini aşağı salır.

3-4 aydır buna güclə dözürük. Ümid edirik ki, Məleykə xanım səsimizi eşidəcək və problemimizin həlli üçün tədbir görəcək”, – deyə tələbələrin müraciətində qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*