Məşhur aktrisanın ifadəsi yayıldı – Telefonu ilə bağlı diqqətçəkən detalbackend

Məşhur aktrisanın ifadəsi yayıldı – Telefonu ilə bağlı diqqətçəkən detal

Türkiyəli məşhur aktrisa Deniz Çakırın narkotik istintaqı çərçivəsində verdiyi ifadə üzə çıxıb.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda aparılan narkotik istintaqı çərçivəsində saxlanılan aktrisa məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Deniz Çakır ifadəsində narkotik vasitələrdən heç vaxt istifadə etmədiyini bildirib. O, yalnız həkim resepti əsasında qəbul etdiyi dərmanların olduğunu qeyd edib. 

“Reseptlə qəbul etdiyim dərmanlarım var. Bundan başqa, heç vaxt narkotik maddə istifadə etməmişəm. Narkotik satan heç kimi də tanımıram”, – deyə aktrisa ifadəsində bildirib.

Çakır mobil telefonu ilə bağlı da açıqlama verib. O, telefonundan e-SIM kart vasitəsilə istifadə etdiyini və buna görə də SİM kart şifrəsinin olmadığını deyib.

Qeyd edək ki, Deniz Çakır “Yaprak Dökümü” serialında canlandırdığı Ferhunde obrazı ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb. İstintaq çərçivəsində saxlanılan digər məşhurların da ifadələri üzə çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*