Ermənistan sərhədini qanunsuz keçərək Zəngəzur (Sünik) vilayətinin Şəki kəndinə daxil olan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bunu Güclü Ermənistan fraksiyasından olan deputat Anuş Mirzoyan deyib.
O bildirib ki, Gorusda Şəki hadisəsi ilə bağlı iş üzrə ilk məhkəmə iclası keçirilib:
“İttiham tərəfi təqsirləndirilən şəxsin həbs müddətinin daha üç ay uzadılması barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib”.
