Vəkil Orxan Kəngərli ilə bağlı məhkəmədən qərarbackend

Vəkil Orxan Kəngərli ilə bağlı məhkəmədən qərar

Bir neçə gün əvvəl polis tərəfindən saxlanılan tanınmış vəkil Orxan Kəngərlinin barəsindəki həbs qətimkan tədbiri qərarından verilən şikayətə baxılıb.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, vəkilin müraciətinə Bakı Apelyasiya Məhkəməsində baxılaraq yekun qərar çıxarılıb, O.Kəngərlinin şikayəti təmin olunmayıb. Vəkil həbsdə saxlanılıb.

Xatırladaq ki, Orxan Kəngərli noyabr 19-da saxlanılıb, istintaq orqanının təqdimatı əsasında barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 236.2.4-cü (Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə, zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə), 240.2.1-ci ( Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 240.2.2-ci (təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, vəkil Orxan Kəngərli “Alyans” vəkil bürosunun müdiridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*