Kredit borcunu ödəməyənlər sürücülük vəsiqəsindən məhrum ediləcək? – VACİB AÇIQLAMAbackend

Kredit borcunu ödəməyənlər sürücülük vəsiqəsindən məhrum ediləcək? - VACİB AÇIQLAMA

Bank kreditini vaxtında ödəməyən şəxslərin gələcəkdə sürücülük hüququndan məhrum edilə biləcəyi ilə bağlı müzakirələr cəmiyyətdə maraq doğurur. Xüsusilə son illər problemli kreditlərin artması fonunda belə bir addımın tətbiq olunub-olunmayacağı sual yaradır.

Bəs qanunvericilik buna imkan verirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kredit borcuna görə vətəndaşın sürücülük hüququnun məhdudlaşdırılması mümkün deyil:

Kart ödənişləri üzrə olan komissiya həddi vətəndaşa necə təsir edəcək? -  AÇIQLAMA Pravda.az

“Vətəndaşın sürücülük hüququnun onun kiməsə borclu olması ilə heç bir əlaqəsi yoxdur. Şəxsin mülkiyyətində olan avtomobil və ya digər əmlakı borca görə müsadirə edilə, yaxud satışa çıxarıla bilər. Amma sürücülük hüququnun əlindən alınması qanunvericiliyə uyğun deyil.

Ola bilər ki, həmin şəxsin ümumiyyətlə avtomobili yoxdur və sürücü kimi çalışaraq gəlir əldə edir. Belə halda sürücülük hüququnun məhdudlaşdırılması onun işləməsinə və qazanc əldə etməsinə maneə yaradar. Buna görə də belə bir məhdudiyyət tətbiq oluna bilməz”.

Ekspertin sözlərinə görə, kredit öhdəliklərinin yerinə yetirilməməsinə görə tətbiq edilən tədbirlər əsasən maliyyə və əmlak xarakterli olur, şəxsin peşə fəaliyyəti və ya fundamental hüquqları ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*