“Kremlin Vardanyandan erməni İvanişvili “düzəltmək” cəhdləri uğursuz oldu” – Xzmalyanbackend

"Kremlin Vardanyandan erməni İvanişvili "düzəltmək" cəhdləri uğursuz oldu" - Xzmalyan

“Kremlin Vardanyandan erməni İvanişvili “düzəltmək” cəhdləri uğursuzluğa məhkumdur”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan Bolqarıstanın nüfuzlu nəşrinə müsahibəsində danışıb.

“Ruben Vardanyan Moskvanın adamıdır, yoxsa öz oyununu oynayır?  Bu sualın cavabını bu yaxınlarda Vardanyan özü verib. Bildirib ki, o, Rusiyanın Qarabağdakı mövqeyini tam dəstəkləyir və onların orada mövcudluğunun şübhə altına alınmasına imkan verməyəcək.

Fransa parlamentinin sədri Ermənistana səfəri ərəfəsində “blokada”ya alınmış Qarabağa səfər etmək niyyətində olduğunu deyib. Bu, rus “sülhməramlıları” ilə qaçılmaz münaqişəyə səbəb olacaqdı. Beləliklə, yeni “təyin edilən” “dövlət naziri” Vardanyan Moskva üçün xoşagəlməz hadisələrin inkişafının qarşısını aldı.

Eyni zamanda, əslən Qarabağdan olmadığı üçün Vardanyanın orada nə böyük səlahiyyəti, nə də real güc rıçaqları var.

Əgər Kremlin hesablamalarına görə, o, səsləri satın alan, demokratik islahatları ləngidən erməni İvanişvilinin rolunu yerinə yetirməli idisə, onda Vardanyan bu işin öhdəsindən gələ bilməyəcək. Məncə, onun bu postda qalmaq perspektivi yoxdur”, – deyə Xzmalyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*