Krım körpüsündə yanacaq çəni yanıb. Nəqliyyatın hərəkəti dayandırılıb.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Krım rəhbərinin müşaviri Oleq Kryuçkov bildirib.
“Naviqasiya tağlarına ziyan dəyməyib. Səbəblər və nəticələr haqqında danışmaq hələ tezdir. Yanğının söndürülməsi istiqamətində iş aparılır”, – Kryuçkov teleqramda yazıb.
İlkin məlumata görə, yanğın yük qatarının sonuncu vaqonlarından birində baş verib.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və yol xidmətinin əməkdaşları işləyir.
Qeyd edək ki, sosial şəbəkələrdə yanğının foto və videoları yayılıb.

İqbal Rzayev,
KONKRET.az
