Krım körpüsündəki partlayışı Ukraynanın xüsusi xidmət orqanları təşkil edib – “The New York Times”backend

Krım körpüsündəki partlayışı Ukraynanın xüsusi xidmət orqanları təşkil edib - “The New York Times”

Krım körpüsündəki partlayışı Ukraynanın xüsusi xidmət orqanları təşkil edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” Kiyev rəsmisinə istinadən yazır.

Mənbə qeyd edir ki, yüksək rütbəli Kiyev rəsmisi nəşrə açıqlamasında insidentin arxasında Ukraynanın dayandığını təsdiqləyib.

Hökumətin partlayışla bağlı müzakirələrə qadağa qoyması səbəbindən adının açıqlanmasını istəməyən rəsmi əlavə edib ki, Ukrayna kəşfiyyat orqanları partlayışı körpünün üzərindən keçən yük maşınına yüklənmiş bombadan istifadə edərək təşkil edib.

Xatırladaq ki, oktyabrın 8-də Krım körpüsündə yük maşını partlayıb, partlayışdan sonra dəmiryol qatarının yeddi yanacaq çəni yanıb.

Daha sonra Rusiya baş nazirinin müavini Marat Xusnullin Krım körpüsündə dəmir yolu hərəkətinin tam bərpa olunduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*