Krım körpüsünün partladılmasına görə daha 5 nəfər HƏBS EDİLDİbackend

Krım körpüsünün partladılmasına görə daha 5 nəfər HƏBS EDİLDİ

Simferopol şəhər məhkəməsi Krım körpüsünün partladılması ilə bağlı başladılan cinayət işi üzrə şübhəli bilinən daha 5 nəfəri həbs edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib:

“Şübhəli şəxs statusunda olan 5 nəfər istintaqın tələbi ilə dekabrın 8-dək həbs edilib”.

Xatırladaq ki, oktyabrın 8-də Rusiyanın ilhaq etdiyi Krım yarımadası ilə Rusiyanı birləşdirən körpüdə partlayış törədilib. Hadisə nəticəsində 4 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin bunu “terror aktı” adlandırıb. Rəsmi Kiyev isə partlayışın törədilməsində əli olmadığını bildirib.

İqbal Rzayev,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*