Kriminal avtoritet həbs edildibackend

Kriminal avtoritet həbs edildi

İkinci Qərb Dairə Hərbi Məhkəməsi Şişkan kimi tanınan avtoritet Oleq Medvedevi (Şişkanov) ömürlük həbs cəzasına məhkum edib.

KONKRET.az xəbər verir ki, Moskva Şəhər Məhkəməsinin ən böyük salonlarından birində verilən qərara görə, Şişkan cəzasını xüsusi rejimli koloniyada çəkəcək. Bundan əlavə, ona beş milyon rubl cərimə də kəsilib.

Lotu Qulinin rəqibi, mafiyanın yeni bossu "Şişkan" kimdir? - ARAŞDIRMA

Məhkum 2019-cu il iyulun 15-də saxlanılıb. O, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda, habelə Ramenskinin deputatı Tatyana Sidorovanın və onun ailəsinin üç üzvünün oğurlanmasında və qətliamında iştirakda ittiham olunurdu.

2024-cü il mayın 16-da münsiflər heyəti Medvedevi bütün ittihamlar üzrə təqsirli bilib. Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçevanın sözlərinə görə, kriminal aləmdə bu adamı “bir nömrəli qanun oğru” adlandırırlar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*