“KTMT-nin məsuliyyət zonasında vəziyyət mürəkkəb və gərgindir” – Sidorovbackend

"KTMT-nin məsuliyyət zonasında vəziyyət mürəkkəb və gərgindir" - Sidorov

“KTMT-nin məsuliyyət zonasında vəziyyət mürəkkəb və gərgin olaraq səciyyələnir”.

KONKRET.az xəbər verir ki, bu barədə təşkilatın Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hərbi təhlükəsizliyə çağırış və təhdidlərin əsas mənbəyi bəzi Qərb elitalarıdır. Onlar təşkilat ətrafında və onun ayrı-ayrı üzv dövlətləri daxilində vəziyyəti pozmaq üçün dağıdıcı fəaliyyətlə məşğuldurlar.

“Bunun fonunda ayrı-ayrı dövlətlər Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin sərvətlərinə çıxış əldə etmək və Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını nəzərə alaraq Mərkəzi Asiyaya birbaşa çıxış əldə etmək istəyirlər. Bu cəhdlər KTMT-nin Qafqaz regionunda böhranın eskalasiyasına öz töhfəsini verir”, – deyə Sidorov qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*