KTMT-nin Qazaxıstandakı missiyasını Putin və Lukaşenko təşkil edib.
KONKRET.az xəbər verir ki, bunu Belarus lideri hərbi aerodromda sülhməramlılar qarşısında çıxışı zamanı deyib.
“Bütün bu əməliyyatı təfərrüatlarına qədər iki prezident – Rusiya və Belarus bir saat ərzində hazırlayıblar. Plan açıqlanıb, Şoyqu və Xreninin rəhbərliyi altında müdafiə nazirlikləri iki prezidentin planını təfərrüatlı şəkildə açıqlayıb. Bir neçə saatdan sonra ilk təyyarələr Qazaxıstana uçdu “, – BELTA ondan sitat gətirir.
Lukaşenkonun sözlərinə görə, hər şey “tez və qətiyyətlə, tərəddüd etmədən” həyata keçirilib.
Xuraman Etibarlı,
KONKRET.az
