“Beynəlxalq hüquq baxımından Ermənistan SSRİ-dən, elə buna görə də Rusiyanın tərkibindən çıxmayıb”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Yevgeni Fyodorov bildirib. Onun sözlərinə görə, KTMT olmasaydı, Ermənistan Türkiyənin tərkibinə qatılardı.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəsmi İrəvanın KTMT-dən Ermənistanın sərhədlərini tanımasını və onu qorumasını gözlədiklərini açıqlayıb. Yevgeni Fyodorov isə Qriqoryana cavabında bu fikirləri səsləndirib: “KTMT-nin İrəvana nəsə borclu olması ilə bağlı açıqlamanı “səhv və bacarıqsız” fikir adlandırmaq olar. Əksinə, Ermənistan bu təşkilata minnətdar olmalıdır. Axı KTMT olmasaydı, Ermənistan çoxdan Türkiyənin tərkibinə qatılardı”, – Fyodorov vurğulayıb. Rusiyalı deputat əlavə edib ki, KTMT Ermənistana müqavilələrdən kənar silah tədarük etməməlidir.
“Ermənistan beynəlxalq hüquq nöqteyi-nəzərindən SSRİ-dən qeyri-qanuni çıxıb. Çünki proseduru başa çatdırmayıb. Bu səbəbdən də İrəvanın Moskvanın müttəfiqi sayılmasına heç bir hüquqi əsası yoxdur. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Ermənistan SSRİ-dən, həmçinin Sovet dövlətinin hüquqi varisi kimi Rusiyanın tərkibindən çıxmayıb. Ona görə də Moskva və İrəvan bu status əsasında münasibətlər qurmalıdır. Ermənistan müstəqil olmalıdır, lakin beynəlxalq hüquq nöqteyi-nəzərindən mübahisəli ərazi olduğunu nəzərə alınmalıdır. Hətta 1991-ci ildən Ermənistanın NATO ilə flört edəcəyi aydın idi. Çünki istənilən qanun pozuntusu münaqişəyə gətirib çıxarır”, – deyə Fyodorov fikirlərii tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
