“Kubik” rayonlarda niyə bahadır? – Ekspert səbəbi AÇIQLADIbackend

"Kubik" rayonlarda niyə bahadır? - Ekspert səbəbi AÇIQLADI

Paxtaxtdan kənar və ya bölgələrdə inkişafı səciyyələndirən əlamət məskunlaşmadır.

Bu gün tikinti materialları bazarı son bir neçə ildə bahalaşıb. Dolların devalvasiyası və ölkəyə gətirilən tikinti mallarının dövriyyə dəyəri dollarla ölçülür. Yanacağın xüsusən dizel yanacağının qalxması, istismar olunan maşınların köhnəlməsi və sairə səbəblər təsir edir.

Bölgələrdə 1-1.5 manat arası dəyişən mişar daşının dəyərini ucuzlaşdırmaq olarmı?

Bildiyimiz kimi bir neçə il bundan öncə Kür çayının daşması faciələrə yol açdı. Kür-Araz ovalığı boyunca təbii fəlakət zamanı mişar daşının bünövrəli möhkəm olmaqla istifadəsinin daha etibarlı olmağını göstərdi.

Bahalıq niyədir?

Daş karyerlərinin paytaxta cəmləşməsi daşıma məsafəsinin uzaq olması.

Yük maşınlarının yük götürmə qabliyyətinə inzibati resurslarla təsir etməklə sayının azaldılması nəticə etibarı ilə sahibkar yol xərclərini daşın qiymətinə gəlir.

Çıxış yolu nədir?

Bakı-Ələt, Bakı-Quba yolu istiqamətində əlavə zolaq yaratmaqla daş və inşaat maşınlarının hərəkətinə şərait yaratmaq vacibdir.
Ən azı Bakı-Ələt istiqamətində etmək olar. Digər iki istiqamətli yollarda yol çiyinlərinin hamarlaşdırılması üçün vəziyyətdən çıxmaq olar.
Qazax, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Laçının (işğaldan azad olunmuş ərazilərin) inşasında faydalı olar.

İşğaldan azad olunmuş ərazilərə yaxın digər rayonlara satışın təmin olunması hesabına buna nail olmaq olar. Əsas odur ki, hamının evi-eşiyi olsun.

 

Aslan Əsədov,
nəqliyyat eksperti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*