Kuleba və Blinken arasında telefon danışığı oldubackend

Kuleba və Blinken arasında telefon danışığı oldu

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə Kuleba “Twitter”də bildirib.

Ukrayna xarici işlər naziri ABŞ-ın verdiyi güclü dəstəyə görə, amerikalı həmkarına təşəkkür edib.

“Rusiya Donbasda dağıdıcı hücumlarını davam etdirdiyi üçün daha çox silah, o cümlədən ağır silahlar Ukraynaya yönəlir. Biz həmçinin Ukraynanın ixracını blokadadan çıxarmaq və qlobal ərzaq təhlükəsizliyini təmin etmək yollarını müzakirə etdik”, – Kuleba vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*