Küləkli havada kranlarla görülən işlərin dayandırılması və fasilə verilməsi yeni qaydada tənzimlənəcəkbackend

Küləkli havada kranlarla görülən işlərin dayandırılması və fasilə verilməsi yeni qaydada tənzimlənəcək

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır. Layihəyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq. Bu nəzərə alınmaqla, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda istismar olunan kranlarla görülən bütün növ işlər dayandırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*