Fransada məhkəmə kuryerə “Tələs, kölə” mesajı yazan istehlakçını cərimələyib.
KONKRET.az xəbər verir ki, ölkənin Laval şəhərində məşhur onlayn yemək sifarişi şirkətində kuryer işləyən Qvineya əsilli Yaya Qayrassi istehlakçının göndərdiyi “Tələs, kölə” mesajı ilə qarşılaşıb.
Mesajdan sonra sifariş almağı dayandıran Qayrassi şikayət edib.
Bildirilir ki, “İrqçi” səbəbi ilə mühakimə olunan istehlakçıya məhkəmə min avro cərimə kəsib.
İqbal Rzayev,
KONKRET.az
