“Laçın dəhlizi bağlıdır, Qarabağa necə gedəcəyimi ağlıma gətirə bilmirəm” – Simonyanbackend

"Laçın dəhlizi bağlıdır, Qarabağa necə gedəcəyimi ağlıma gətirə bilmirəm" - Simonyan

“Laçın dəhlizi bağlıdır, Qarabağa necə gedəcəyimi ağlıma gətirə bilmirəm”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sessiyası zamanı spiker Alen Simonyan deyib.

“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan Simonyana sual verib:

“Cənab Simonyan, siz Ermənistan-“Arsax” “parlament”lərarası komissiyasının sədrisiniz, baxmayaraq ki, heç vaxt görüş keçirilməyib. İndi bu barədə nə deyə bilərsiniz, görüş nəzərdə tutulub?”

Alen Simonyan cavab verdi ki, görüşün sentyabrın 19-na təyin edilməsi nəzərdə tutulsa da, 13-14 sentyabr hadisələri ilə əlaqədar təxirə salınıb.

Minasyan Qarabağa getmək cəhdinin olub-olmaması ilə maraqlanıb. Spiker belə cavab verib:

“Laçın dəhlizi bağlı olduğu üçün sizin görüş təklifinizi necə həyata keçirə biləcəyinizi təsəvvür edə bilmirəm. Onlayn görüş təklif edib, müzakirə edib bilərik”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*