Laçın sərhəd-keçid məntəqəsindən paylaşım edən jurnalist ermənilərin QƏZƏBİNƏ TUŞ GƏLDİ backend

Laçın sərhəd-keçid məntəqəsindən paylaşım edən jurnalist ermənilərin QƏZƏBİNƏ TUŞ GƏLDİ 

“Euronews”un müxbiri Aneliz Borges Laçın Laçın sərhəd-keçid məntəqəsində olub.

KONKRET.az xəbər verir ki, o, səfər təəssüratlarını twitter səhifəsində paylaşıb.

“Laçın dəhlizi. 22 iyul. Hazırda buradan Qırmızı Xaç kolonu keçir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin ən mübahisəli hissəsidir. Ermənilər deyirlər ki, Azərbaycan onları blokadada saxlayır, əslində isə azərbaycanlılar sadəcə olaraq sərhədlərinə nəzarət edir. Eyni zamanda humanitar yardımın keçməsinə şərait yaradırlar”, – deyə Borges paylaşımında bildirib.

Paylaşımdan sonra sosial şəbəkənin erməni istifadəçiləri ittihamlarla dolu şərhlərlə jurnalistin üzərinə düşüb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*