Laçında ermənilər xaçkarlarını SÖKDÜLƏR – VİDEObackend

Laçında ermənilər xaçkarlarını SÖKDÜLƏR - VİDEO

Laçından köçməyə hazırlaşan ermənilər gücləri çatan nə varsa, söküb aparırlar, apara bilmədiklərini isə məhv edirlər.

KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

“Ərazi idarəetmə və infrastruktur naziri” ilə görüşdən sonra Zabux sakinləri “çıxılmaz vəziyyətdə” qaldıqlarını bildiriblər.

“İnsanlar kəndi tərk etmək çağırışını ağrı ilə, bəziləri həyəcanla, bəziləri təmkinlə qəbul etdilər. İndi mövcud əhval-ruhiyyəni, hissləri xarakterizə etmək və qeyri-müəyyənliyin çəkisiz sıxlığını başa düşmək daha çətindir.

Laçın rayonunun axırıncı sakinləri bu günlər öz yurd-yuvasının, qədim erməni torpağının şirinliyindən zövq alırlar ki, sabahın həsrəti daha yumşaq olsun”, – deyə Zabuxda məskunlaşan Gennadi Yeremyan adlı erməni yazıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın keçmiş deputatı Naira Zöhrabyan deyib ki, türklər onları murdarlamasın deyə, xaçkarlar Laçın və Zabuxdan söküləcək.

Həmin xaçkarların sökülməsi kadrlarını təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*