Lahordan Bakıya ilk reys həyata keçirildibackend

Lahordan Bakıya ilk reys həyata keçirildi

“Pakistan International Airlines”aviaşirkətinə məxsus ilk təyyarə Bakıya uçuş həyata keçirib.

Bu barədə KONKRET.az-a Pakistanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilir ki, Lahor-Bakı istiqamətində uçuş həyata keçirən təyyarə Bakı vaxtı ilə saat 13.30-da Heydər Əliyev Hava Limanına enib.

Qeyd edək ki, “Pakistan International Airlines” bu həftədən Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlara başlayır. Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*