ABŞ-ın Sağlamlığın Ölçmələri və Qiymətləndirilməsi İnstitutunun (IHME) mütəxəssisləri COVID-19 pandemiyasının bütün dünya əhalisi üçün fəsadlarını açıqlayıblar.
KONKRET.az xəbər verir ki, “The Lancet”də dərc olunan bir məqaləyə görə, infeksiyanın yayılması 2020-2021-ci illər ərzində orta ömrün 1,6 il azalmasına səbəb olub.
Məlum olub ki, təhlil edilən bütün ölkələrin və ərazilərin 84 faizində (cəmi 204) gözlənilən ömür uzunluğu azalıb. İki il ərzində 15 yaşdan yuxarı insanlar arasında ölüm nisbəti kişilərdə 22 faiz, qadınlarda isə 17 faiz artıb. Bununla belə, Mexiko, Peru və Boliviya orta ömür uzunluğunun ən çox azaldığı yerlər sırasında olub.
Ancaq pandemiyaya baxmayaraq, insanlar hələ də əvvəlkindən xeyli uzun yaşayırlar. 1950-2021-ci illər arasında orta ömür uzunluğu 23 il artaraq 49-dan 72 yaşa çatmışdır.
Alimlər bildirir ki, bu dinamika gənc əhalinin azaldığı regionlarda işçi qüvvəsi çatışmazlığı və əhalinin sürətlə artmaqda davam etdiyi yerlərdə resurs çatışmazlığı kimi görünməmiş sosial, iqtisadi və siyasi problemlərə gətirib çıxaracaq.
Burhan,
KONKRET.az
