Latviya Rusiya vətəndaşlarına bütün növ vizaların verilməsini dayandırırbackend

Latviya Rusiya vətəndaşlarına bütün növ vizaların verilməsini dayandırır

Ötən ilin sentyabrında Estoniya, Litva, Latviya və Polşa ruslara, o cümlədən üçüncü ölkələr tərəfindən verilmiş Şengen vizası olanlara girişi qadağan edib.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, ölkə prezident Edqars Rinkeviç deyib ki, Latviya hökuməti Rusiya vətəndaşlarına bütün növ vizaların verilməsini dayandırır.

Onun sözlərinə görə, Latviya hakimiyyəti Rusiyadakı vəziyyətin inkişafını izləyir və müttəfiqlərlə məlumat mübadiləsi aparır.

“Rusiyadakı hadisələrə görə Latviya humanitar və ya digər növ vizalar verməyəcək”, – Rinkeviç Tvitter hesabında bildirib.

“Hazırda Latviya üçün birbaşa təhlükə yoxdur”, – prezident qeyd edib.

Rinkeviçin sözlərinə görə, 2022-ci ilin sentyabrında Rusiya vətəndaşları üçün tətbiq edilən sərhəd-keçid məhdudiyyətləri dəyişməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*