“Lavrov Azərbaycandan istədiyi heç bir cavabı ala bilmədi, Türkiyə… – AÇIQLAMAbackend

"Lavrov Azərbaycandan istədiyi heç bir cavabı ala bilmədi, Türkiyə... - AÇIQLAMA

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin cavabını ötən gün prezident İlham Əliyev konkret olaraq vermişdir. Çünki S.Lavrovun hansı missiya ilə gələcəyi və təkliflər paketində hansı məsələlərin olduğu bəlli idi. Ermənistanla konkretleşdirildiyi planı Kremldə müzakirə etdikdən sonra Bakıya səəfəridən əliboş döndüyünü qeyd etmək olar. Çünki, Moskvanın əsas planında ermenilərin Qarabağda statusu, Xocalı aeroportunun açılması və Azərbaycanın KTMT, Avrasiya İttifaqına qoşulması yer alır”.

Bunu KONKRET.az-a Lavrovun Azərbaycana səfərinin nəticələri ilə bağlı açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd etdi ki, Lavrov Azərbaycandan istədiyini ala bilmədi. Rusiya Azərbaycanın Türkiyə ilə əlaqəli fəaliyyətini görür, reallığı qəbul edir və Azərbaycana qarşı təzyiq siyasətinə getmir:

“Sergey Lavrovun Bakı danışıqlarında Azərbaycanın mövqeyi diqqətə çatdırıldı və demək olar ki, heç bir razılaşma əldə olunmadı. Azərbaycanın Türkiyə ilə siyasi koordinasiyali fəaliyyəti nəticəsində Rusiya Azərbaycana təzyiq etmək siyasətinə getmir və sadəcə əməkdaşlığın elə bir növünü təklif edir ki, rəsmi Bakı Moskvadan asılı olsun. Bakı üçün strateji olaraq Moskva ilə əməkdaşlıq labüddür, amma bu, Ankara və Bakı birgə koordinasiyalı fəaliyyəti nəticəsində reallaşacaq”.

“Bu danışıqlarda “İskəndər-M” raketi, minalanmış ərazilərin xəritəsi, sülhməramli qüvvələrinin məsuliyyət zonasında separtçıların fəaliyyəti, qanunsuz silahlı erməni birləşmələrinin çıxarılması danışıqlar predmeti olub. Bunda əlavə, Azərbaycan Qarabağla bağlı siyasi müstəvidə ciddi irəliləyişlər əldə edib. Demək olar ki, Qarabağda separatçıların tərksilah edilməsi reallaşacaq. Çünki, Qarabağda silahli erməni birləşmələri Cənubi Osetiya presidenti yaradır. Silahlı erməni birləşmələrinin ləğvi məsələsində Moskva maraqlı deyil. Amma, Rusiyanin əlavə variantı yoxdur”- politoloq bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*