Lavrov Bakıya buna görə gəlir: ŞOK DETALLAR – VİDEObackend

Lavrov Bakıya buna görə gəlir: ŞOK DETALLAR - VİDEO

“Sergey Lavrovun mayda planlaşdırılan İrəvan səfərindən sonra birbaşa Bakıya gəlməsi rahat olardı. Lakin o, Moskvaya qayıdıb sonra Bakıya gəlir. Burada müəyyən təkliflərin olmasını ehtimal edirəm. Amma mən Lavrovdan müsbət təklif gözləmirəm. Onun bütün təklifləri Azərbaycanın ziyanına olub”.

KONKRET.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Lavrov Şuşaya gəlməsi planlaşdırılan Ərdoğanı qabaqlamaq məqsədi ilə Azərbaycana səfər edəcək:

“Baydenin qondarma “erməni soyqırımı” barədə açıqlamasından sonra Ərdoğanın dərhal İlham Əliyevə zəng etməsi və birgə addımlar barədə danışıqlar aparılması Rusiyanı qorxudur. Bu səbəbdən Lavrov Ərdoğanı qabaqlamaq istəyir. Onlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ramazan ayından sonra planlaşdırılan Şuşa səfərində ciddi təkliflərin olmasından ehtiyat edirlər. Mənim bu təkliflər haqqında müəyyən təsəvvürlərim var. Bunlardan biri Türkiyənin Şuşada konsulluğunun açılmasıdır.

Rusiya artıq Türkiyənin bölgədəki rolunu qəbul edib. Lakin yenə də Türkiyənin müəyyən planlarından Rusiyadakı ermənipərəst qüvvələr narahatdır. Ancaq nəzərə almaq lazımdır ki, biz artıq seçimimizi etmişik. Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik”.

“Ola bilsin bu, səfərin məqsədi Bakını sakitləşdirməkdir. Çünki vəziyyət getdikcə gərginləşir. Ermənilərin təxribatı artır, sərhəddə atəşkəsi pozurlar. Vəziyyət o həddə gələ bilər ki, biz antiterror əməliyyatı başlaya bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*