Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) sədri Peter Maurer bu ay Rusiya paytaxtına səfər edəcək.
KONKRET.az APA-ya isitnadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, səfər zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov BQXK-nın sədrini qəbul edəcək.
Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi regionunda baş verənlər, eləcə də dünyanın bir sıra regionlarındakı hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.
XİN rəsmisinin bildirdiyinə görə, danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransı olacaq.
