Lavrov Paşinyanın YALANINI ÇIXARDIbackend

Lavrov Paşinyanın YALANINI ÇIXARDI

Lavrov Paşinyanın yalanını çıxarıb.

KONKRET.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Paşinyanın dünənki fikirlərini şərh edib. O bildirib ki, Moskva Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının təfərrüatlarını dəqiqləşdirməklə bağlı təkliflərini hələ də görməyib.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən əldə edilən razılığa görə hər hansı tərəfin, əlbəttə ki, əlavə təşəbbüslər irəli sürmək hüququ var. Hələlik biz onları görməmişik”, -deyə Rusiya XİN rəhbəri bildirib.

Xatırladaq ki, dünən Paşinyan hələ 2020-ci ilin noyabrında Ermənistanın Qarabağda RSK üçün mandat imzaladığını açıqlamışdı. Ermənistanın Baş naziri indiki şəraitdə “Qarabağda sülhməramlı əməliyyatın təfərrüatlarının dəqiqləşdirilməsinə təcili ehtiyac olduğunu” deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*