Lavrov Polşadan rəsmi üzrxahlıq GÖZLƏYİR – Rusiya səfirinə görəbackend

Lavrov Polşadan rəsmi üzrxahlıq GÖZLƏYİR - Rusiya səfirinə görə

Lavrov Rusiya səfirinin üzərinə boya atılmasına görə Polşadan “rəsmi üzrxahlıq” gözləyir.

KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Teleqram kanalında deyilir. Mayın 9-da Varşavada ukraynalıların Rusiya səfiri Sergey Andreyevin üzərinə qırmızı boya tökməsindən sonra Moskva Polşa rəhbərliyinin rəsmi üzrxahlığını gözləyir.

“Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması var. Polşa ondan irəli gələn əsas öhdəliklərdən birini yerinə yetirməyib – rus diplomatlarının toxunulmazlığını təmin etməyib”, – məlumatda deyilir.
XİN əlavə edib ki, gələcək addımlar barədə qərar Varşavanın Rusiyanın tələblərinə reaksiyasından asılı olaraq veriləcək.

Xatırladaq ki, mayın 9-da Varşavada Rusiyanın Polşadakı səfiri Sergey Andreyevə süni qan atılıb. İnsanlar səfirə abidə önünə əklil qoymağa icazə verməyiblər, o, polisin müşayiəti ilə məzarlığı tərk edib.

Daha sonra aksiyanı keçirən ukraynalı jurnalist İrina Zemlyananın yüzlərlə rusiyalı tərəfindən təhdidlərə məruz qaldığı bildirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*