Lavrov mətbuat konfransı zamanı Azərbaycanın Qəbələ şəhərini erməni şəhəri kimi təqdim edib.
KONKRET.az xəbər verir ki, bu gün MDB-nin gənclər paytaxtlarının adları sadalanıb. Adları xarici işlər naziri Sergey Lavrov açıqlayıb.
O, çıxışı zamanı səhvə yol verib və bu medianın gözündən yayınmayıb. Belə ki, Lavrov Azərbaycanın Qəbələ şəhərini erməni şəhəri kimi təqdim edib.
Xatırladaq ki, MDB-nin gənclər paytaxtlarının adı bu gün verilib. 2024-cü ildə – Daşkənd (Özbəkistan), 2025-ci ildə – Qəbələ (Azərbaycan), 2026-cı ildə – Qafan (Ermənistan) şəhərləri seçilib.
Xuraman Etibarlı,
KONKRET.az

Bu Lavrov/Kələntaryan bəlkə də bilərəkdən qıcıqlandırmaq üçün belə deyib.