Lavrov sabah İrəvana gedir: Hansı məsələlər müzakirə olunacaq? – VİDEObackend

Lavrov sabah İrəvana gedir: Hansı məsələlər müzakirə olunacaq? - VİDEO

“Rusiya XİN rəhbəri Sergey Lavrovun regiona səfəri böyük dəyişikliyə yol açmayacaq. O, müzakirələr aparmağa və Ermənistan-Azərbaycan arasında iki tərəfin də narazı qaldığı məsələləri öyrənib, Kremlə məruzə etmək məqsədi ilə gəlir”.

KONKRET.az xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

O bildirib ki, Lavrovun İrəvan səfərində Paşinyan Azərbaycanın əsir götürdüyü erməni terrorçularla bağlı məsələni müzakirə edəcək:

“Sözsüz ki, Lavrov bu məsələləri Bakıya da gətirəcək və Bakıda bu, müzakirə olunacaq. Lakin Rusiya bununla bağlı Azərbaycanın da mövqeyini bilir. Prezident İlham Əliyev deyirsə ki, onlar terrorçudur, deməli bu, belədir və Azərbaycan bu məsələdə geri addım atmayacaq”.

Politoloq onu da bildirib ki, Lavrovun Bakı səfəri çərçivəsində Şuşaya atılan “İsgəndər-M”lə bağlı hansısa açıqlama verməsi gözlənilmir:

“Bakı səfərində inanmıram ki, Lavrov “İskəndər-M” raketi ilə bağlı hər hansı açıqlama versin. Güman ki, Prezident İlham Əliyev bu məsələni görüşdə diqqətə çatdıracaq. Lavrov isə ən azından məsələnin araşdırıldığını deyə bilər. Bundan başqa, hesab edirəm ki, görüşdə Zəngəzur dəhlizinin açılması ilə bağlı Prezident İlham Əliyev Azərbaycanın qəti mövqeyini Rusiya XİN rəhbərinin diqqətinə çatdıracaq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*