Türkiyə Azərbaycanla Ermənistan arasında humanitar məqsədlər üçün əldə olunan atəşkəs razılaşmasını dəstəkləyir.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Paytaxt Moskvada təşkil olunan mətbuat konfransında çıxış edən nazir bildirib ki, türk həmkarı Mövlud Çavuşoğlu ilə təmas qurub və ona təşəbbüslərini dəstəkləyəcəyini bildirib: “Bazar günü telefon danışığımızda, o, bizi dəstəklədiyini dilə gətirdi”.
