Lavrov: Ukrayna ilə müharibədə “terror üsullarına” əl atmayacağıq – VİDEObackend

Lavrov: Ukrayna ilə müharibədə “terror üsullarına” əl atmayacağıq - VİDEO

Rusiya Ukrayna ilə müharibədə “terror üsullarına” əl atmayacaq, lakin Kiyevə qarşı tətbiq etdiyi yanaşmaları daha da sərtləşdirəcək.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrovun sözlərinə görə, Moskvanın əsas məqsədlərindən biri Ukraynanın Qərbdən aldığı və onun hərbi imkanlarını dəstəkləyən resursları sıradan çıxarmaqdır.

“Qərbin Kiyevin hərbi maşınını qidalandıran hər şeyi məhv etmək üçün. Biz bunu artıq edirik və onlar artıq inləməyə başlayıblar”, – deyə Lavrov bildirib.

Rusiya XİN rəhbəri əlavə edib ki, müxtəlif ölkələrdən Moskvaya qarşı təzyiqlərin dayandırılması ilə bağlı çağırışların səslənməsi də təsadüfi deyil.

Lavrovun bu açıqlaması Ukraynanın son həftələrdə Rusiyanın dərinliklərində yerləşən neft emalı müəssisələri və logistika obyektlərinə, o cümlədən Wildberries anbarlarına PUA zərbələrini intensivləşdirdiyi bir vaxtda səslənib. Reuters-in təhlilinə görə, Wildberries-in logistika anbarlarının hədəfə alınması Rusiyanın iqtisadiyyatına təzyiq göstərmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*