Lənkəranda iki nəfərin yanmış cəsədi tapıldıbackend

Lənkəranda iki nəfərin yanmış cəsədi tapıldı

Lənkəran rayonunda iki nəfərin yanmış vəziyyətdə cəsədi aşkarlanıb.

KONKRET.az xəbər verir ki, hadisə Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda qeydə alınıb.

Məlumata görə, hər iki şəxsin kişi olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır, meyitlərin kimliyi və onların hansı şəraitdə öldüyü müəyyənləşdirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*