Lənkəranda QƏZA – Yaşayış məntəqələri qazsız qaldıbackend

Lənkəranda QƏZA - Yaşayış məntəqələri qazsız qaldı

Bu gün saat 10:00 radələrində Lənkəran rayonunun Liman şəhəri, M. İbayev küçəsində aparılan qazıntı işləri zamanı diametri 225 millimetr olan orta təzyiqli yeraltı qaz kəməri zədələnib.

KONKRET.az xəbər verir ki,  bu barədə  Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, zədələnmə nəticəsində qaz sızması baş verib. Qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə Liman şəhəri, Nərimanabad qəsəbəsi, Balıqçılar və Üzümçülük yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Məlumata görə, qəza-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*