LGBT-ni təbliğ edən əcnəbilər Rusiyadan çıxarılacaqbackend

LGBT-ni təbliğ edən əcnəbilər Rusiyadan çıxarılacaq

Rusiyada LGBT təbliğatını qadağan edən qanun layihələri paketi Dövlət Dumasına təqdim edilib

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, qanun layihəsinə oktyabrın 27-də birinci oxunuşda baxıla bilər.

Layihəyə əsasən böyüklər arasında qeyri-ənənəvi dəyərlərin təbliğinə görə əcnəbilər 100 min rubldan 200 min rubla qədər inzibati cərimə olunacaq. Yetkinlik yaşına çatmayanlar arasında oxşar hərəkətlərə görə – 200 mindən 400 min rubla qədər cərimə və deportasiya qərarı verilə bilər.

Rusiya vətəndaşları üçün böyüklər arasında təbliğata görə inzibati cərimələr 4 milyon rubla qədər, uşaqlar arasında isə 5 milyon rubla qədər olacaq. Bundan əlavə, təbliğat xarakterli filmlərə proyka sertifikatının verilməsinin qadağan edilməsi təklif edilir. Həmçinin KİV-də və reklamda belə məlumatların yayılmasının qadağan edilməsi təklif edilir.

Qanun layihəsində həmçinin uşaqların qeyri-ənənəvi dəyərləri təbliğ edən məlumatlara baxmaq və ya dinləmək imkanlarını məhdudlaşdıran mexanizmin tətbiqi təklif edilir.

Oktyabrın 17-də müvafiq qanunvericilik təşəbbüsləri ilə bağlı parlamentdə dinləmələri keçirilib. Dəyişikliklər paketini dinləmələrə dəvət olunmuş deputatlar və senatorlar, habelə Baş Prokurorluğun, Roskomnadzorun, Mədəniyyət və Dini Konfessiyalar Nazirliyinin nümayəndələri dəstəkləyib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*