Los-Anceles Şəhər Şurası ilk dəfə olaraq erməni müğənnini mükafatlandırıb – FOTObackend

Los-Anceles Şəhər Şurası ilk dəfə olaraq erməni müğənnini mükafatlandırıb - FOTO

ABŞ-ın Los-Abceles şəhərində erməni müğənni Lilit Ovannisyan mükafata layiq görülüb. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, Los Anceles Şəhər Şurasının qərarı ilə sertifikat Los-Ancelesdə – sənətçinin “Dream World Tour” çərçivəsində qastrol səfərində verilib. Qeyd edək ki, Los-Ancelesdə vaxtaşırı erməni mədəniyyətinin və musiqi sənətinin təqdimatları keçirilir. Növbəti mərasimdə erməni sənətçinin mükafatlandırılması müğənni üçün gözlənilməz olub.

Mükafat Los-Anceles Şəhər Şurasının adından Şuranın üzvü Moniki Rodriges təqdim edib. O, mükafatın verilməsi mərasimində müğənninin  yaradıcılıq yolu, tərcümeyi-halı, həmçinin qazanılan uğurları barədə danışıb. İclasda Los-Anceles Şəhər Şurasının bütün üzvləri iştirak edib.

Mərasim Amerika televiziyasında və İnternetdə də yayımlanıb.

Lilit Ovannisyan Şuraya belə yüksək mükafata görə təşəkkür edərək, bu uğurda Los-Ancelesin erməni icmasının da özünəməxsus yer tutduğunu vurğulayıb: “Belə yüksək mükafata görə təşəkkür edirəm. Los-Anceles şəhərindən belə bir mükafat mənim üçün çox vacibdir”. O, çıxışında qondarma erməni soyqırımından da danışıb. Müğənni bildirib ki, “soyqırım”dan sonra bir çox erməni ailəsi ABŞ-ın Los-Anceles şəhərinə sığınıb: “Bu şəhərə təkcə bu diploma görə deyil, həm də həmvətənlərimə müxtəlif dövrlərdə göstərilən isti münasibətinə görə minnətdaram.

Lilit Ovannisyanın konsertləri Küveyt, Fransa, Danimarka, İsveç, Almaniya, Avstriya, Çexiya və digər Avropa ölkələrində artıq baş tutub. Onun konsert proqramı bundan sonra ABŞ-ın digər şəhərləri, Kanada, Avstraliya, Braziliya, Uruqvay, Argentina, Rusiya, Ukrayna, Qazaxıstan, Livan və digər ölkələrdə də baş tutacaq.

Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*