backend

“Lotu Quli”nin dəstəsinin üzvləri Ukraynada saxlanıldı - FOTOLAR-VİDEO

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Odessada mütəşəkkil bir qrupu ifşa edib və bir nəfəri qaçırmaq cəhdi ilə dörd təşkilatçını saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə UTX-nın mətbuat xidməti məlumat yayıb.

“Əməliyyat məlumatlarına görə, qrupun fəaliyyətinə indi xaricdə gizlənən və əslən azərbaycanlı olan Lotu Quli ləqəbli “qanuni oğru” nəzarət edir”, deyə məlumatda bildirilir.

İstintaqın məlumatına görə, dəstənin tərkibinə Odessanın 10-dan çox sakini daxil olub. Təcavüzkarlar münaqişə vəziyyətləri yaradıblar, bunun həlli üçün zərərçəkənlərdən külli miqdarda pul tələb ediblər. Ödəniş edilmədiyi təqdirdə şiddət və öldürməklə təhdid ediblər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*