Lukaşenko: “ABŞ çoxlu səhvlər edib”backend

Lukaşenko: “ABŞ çoxlu səhvlər edib”

“ABŞ çoxlu səhvlər edib və indi suları bulandırır”.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Qələbə Günü münasibətilə təntənəli tədbirlərdə iştirakdan sonra jurnalistlərə açıqlamasında deyib.

“Onlarda bir şey çatışmır. Dollar çökmək üzrədir. Dollar çöksə, nə olacaq? Onların bütün iqtisadiyyatları kağız üzərindədir: dollar çap etməlidirlər. Deyirlər ki, pul çox olsa, inflyasiya olacaq. Onların ən çox qorxduqları da budur”, – deyə o qeyd edib.

Lukaşenko əmindir ki, ABŞ-dakı iqtisadi vəziyyət “Vaşinqtonun vaxtilə dollardan imtina edərək öz valyutası olan avronu dövriyyəyə buraxan Avropa İttifaqına təzyiqinin səbəbidir”. Eyni zamanda o qeyd edib ki, “ABŞ-ın əsas rəqibi Çindir”. O əlavə edib ki, “bu qarşıdurmada Çin indi güclü nüvə gücü olan Rusiya ilə birləşib”.

Prezident bildirib ki, bir neçə il əvvəl o, bu məsələləri MKİ-nin keçmiş direktoru və ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeo ilə müzakirə edib.

“Mən ona dedim: “Siz dəlisiniz.” – Niyə, cənab Prezident? – “Çünki düşmənlərinizi bir yerə birləşdirdiniz.” – “Biz başa düşməyə çalışırıq” Deyirəm: “Başa düşməyəcəksiniz. Ən azından, Mayk, gecikmisiniz”. Buna görə də bunu başa düşməyəcəklər. Çoxlu səhvlər etdilər. Nə etməli – bir qarışıqlıq lazımdır, hər şeyi qarışdırın və bu bulanıq suda bir şey tutmalısınız. Bu, onların bugünkü siyasətidir”, – Lukaşenko qeyd edib.

Dövlət başçısı həmçinin qeyd edib ki, ABŞ Avropa regionunda sülh istəmir, ona görə də Ukraynadakı münaqişəni dəstəkləməkdə davam edir.

“Biz sülh istəyirik. Biz döyüşmək istəmirik. Biz Ukraynanın hücum üçün tramplin olmasını istəmirik. Ona görə də biz Rusiya ilə bir yerdəyik. Təkcə ona görə yox ki, biz müttəfiqik”, – Belarus lideri bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*