“Lukaşenko çox ehtiyatlı və hiyləgər olsa da, müharibəyə qatılmağa məcburdur” – Qirkin – VİDEObackend

"Lukaşenko çox ehtiyatlı və hiyləgər olsa da, müharibəyə qatılmağa məcburdur" - Qirkin - VİDEO

“Belaruslar xüsusi əməliyyatda iştiraka hazırlaşmalıdırlar”.

KONKRET.az xəbər verir ki, bunu keçmiş FTX zabiti Iqor Strelkov (Qirkin) deyib.

“Lukaşenkonun özünü qəddar kişi kimi göstərməyi xoşladığına baxmayaraq, o, çox ehtiyatlı və hiyləgərdir. 2,5 ayda əldə etdiyimiz “parlaq qələbələrdən” sonra Lukaşenkonun özünü bu hovuza başıaşağı atacağını gözləmək çətindir”, – o bildirib.

Qirkin Belarusun müharibədə istəməsə də, döyüşməli olacağını qeyd edib.

“Belarusun çox kiçik ordusu var, təxminən 25 min nəfər. Əhalinin tam təmin olunmaması şəraitində səfərbərliyi həyata keçirmək çətin olur. Bircə onu deyə bilərəm ki, belaruslar döyüşməli olacaqlar.

Ukraynada gedən bu müharibə gec-tez Rusiya Federasiyasının ərazisinə də keçəcək, əslində artıq keçib. Çünki Rusiya ərazisinin müntəzəm, gündəlik atəşə tutulması müharibə sayılmırsa, onda nəyə müharibə deyirik?

Belarusa da növbə çatacaq. Bu cür müharibədə Batka iştirak etməyə məcbur olacaq, belaruslar döyüşməyə məcburdur. Kim tərəfdən, nə qədər ordu ilə, bu ayrıca sualdır”, – Qirkin vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*