Lukaşenko Priqojinin Belarusda olduğunu TƏSDİQLƏDİbackend

Lukaşenko Priqojinin Belarusda olduğunu TƏSDİQLƏDİ

Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Belarusda olduğunu təsdiqləyib. 

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti yüksək rütbəli zabitlərlə görüşündə deyib.

O, Priqojinlə danışıqların təfərrüatlarını açıqlayıb:

“Söz verildiyi kimi təhlükəsizlik zəmanəti verildi. Doğrudan da, o, bu gün Belarusdadır”.

Lukaşenko Belarus müdafiə naziri Viktor Xreninin sözləri ilə razılaşaraq “Vaqner”in Belarus ordusunda olmasını müsbət qarşılayıb:

“Orduda belə bir bölmənin olmasına etiraz etməzdim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*