Lukaşenko Rusiya hakimiyyətində olan insanları tənqid etdibackend

Lukaşenko Rusiya hakimiyyətində olan insanları tənqid etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə Belarus mövzusunda Rusiya KİV-lərində və Telegram kanallarında yayımlanan mövzuları müzakirə edib.

KONKRET.az BelTa nəşrinə istinadən xəbər verir ki, o, bu barədə Belarus mediasının nümayəndələri ilə görüşdə danışıb.

Lukaşenko qeyd edib ki, böyük xarici KİV-lərdə Belarusla bağlı “tez-tez təhqirlər, bəzən bilərəkdən yalan və böhtanlar olur”.

Dövlət başçısının dediyinə görə, bu yaxınlarda Rusiya mediasında bütün nəşrlərin (böyük, kiçik fərq etməz), Telegram kanallarında yayılan materialların seçimini hazırlanmasını istəyib.

O qeyd edib ki, bu nəşrlərin arxasında “hakimiyyətdə olan konkret insanlar dayanır”.

Lukaşenko Soçiyə səfəri zamanı Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ilə bu problemi müzakirə etdiyini söyləyib.

“Deyirlər ki, bunu biz etmirik. Deyirəm: niyə yaxanızdan atırsınız. Bu kanalın arxasında belə bir adam durur. Sizsə deyirsiniz “biz deyilik?”. Məşhur adları çəkirəm: onlar bizə nifrət edirlər və ya pulumuza görə hər şeyi təhrif etməyə başlayırlar “, – deyə Lukaşenko məsləhət verib.

Qeyd edək ki, fevralın 7-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında danışıqlar baş tutub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*