Lukaşenko Rusiyaya hücumun haradan hazırlandığını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Belta məlumat yayıb. Nəşr yazır ki, Belarusun Prezidenti Aleksandr Lukaşenko Qərb ölkələrinin guya “Rusiyaya hücum” üçün strateji planlar hazırladığını deyib.
Onun fikrincə, belə bir hücumun Belarus və Ukrayna əraziləri vasitəsilə planlaşdırılıb.
“Bu yaxınlarda və dünən biz bunu Rusiya Federasiyasının Prezidenti ilə ətraflı müzakirə etdik. Rusiyaya hücum üçün strateji planlar hazırlanır. Və zərbənin əsas istiqaməti, tarix təkrarlanır, Ukraynadan və Belarusdan keçir”, – Lukaşenka deyib.
Xatırladaq ki, mart ayında Belarus lideri Ukraynanın “Belarusa hücum etmək istədiyini” bildirmişdi, ona görə də Rusiya ona hücum etdi. O, Rusiyanın Ukraynaya hücumunu “profilaktika” adlandırıb. Lukaşenka deyib ki, o, Putinlə görüşə “Belarusa hücum planlarını ortaya qoyan xəritə” gətirib.
“İndi mən sizə Belarusa hücumun haradan hazırlandığını göstərəcəyəm… Və əgər əməliyyatdan altı saat əvvəl mövqelərə, dörd mövqeyə qabaqlayıcı zərbə endirilməsəydi, indi sizə göstərərəm, onlar haradan Belarusa və Rusiyaya hücum edərdilər. Ona görə də bu müharibəni biz açmadıq, vicdanımız təmizdir. Nə yaxşı ki, başladılar…”, – deyə Lukaşenko gülünc açıqlama verib.
Xuraman Etibarlı,
KONKRET.az
