Belarus ordusunu Ukraynaya göndərmək planımız yoxdur.
KONKRET.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Qərb “Lukaşenko əsgərlərini Ukraynaya göndərir” deyə bağırır. Bu kimi planlarımın olmadığını min iki yüz dəfə demişəm. Belarusları Kiyev rejimi tərəfindən döyüşməyə çağıranlar məhz belaruslu fərari müxaliflərdir. Mən dövlət rəhbəri olaraq sizi ora göndərmədim. Bizim Ukraynada görəcək işimiz yoxdur. İnsanları döyüşmək üçün Ukraynaya göndərməyə ehtiyacımız yoxdur. Məni nə üçün bunda ittiham edirlər?
