Lukaşenkonun ardından Paşinyan da Polşaya getməkdən imtina etdi – Nə baş verir?
694
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Polşadakı İqtisadi Forumda iştirak etməməsi məsələsində Rusiyanın təsiri yoxdur, bu, suverenliyin ifadəsidir”. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, bunu jurnalistlərin “Baş nazir Paşinyanın Varşavadakı tədbirlərdə iştirak etmək dəvətini niyə rədd etdiyini bilirsinizmi? Burada Rusiyanın təsiri varmı?” sualına açıqlamasında xarici işlər naziri Zohrab Mnatsakanyan bəyan edib.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukashenko da Varşavaya getməkdən imtina edib. Yeri gəlmişkən, Polşa Forumda iştirak üçün Rusiyaya dəvət göndərməyib.