Macarıstan Aİ-nin Venesuela ilə bağlı bəyanatına veto qoydubackend

Macarıstan Aİ-nin Venesuela ilə bağlı bəyanatına veto qoydu

Macarıstan Aİ-nin Venesuela ilə bağlı bəyanatına veto qoydu.

KONKRET.az xəbər verir ki, Brüsseldə Aİ ölkələrinin vahid cəbhə nümayiş etdirməsi və narahatlığını ifadə etmək cəhdləri uğursuzluqla nəticələnib. Bu barədə adı açıqlanmayan iki məmura istinadən Avropanın Politico nəşri yazıb.

Qeyd edilib ki, Aİ ölkələri seçkilər zamanı nöqsanlar və qanun pozuntuları ilə bağlı bəyanat verərək narahatlıqlarını ifadə etmək istəyib. Lakin Macarıstan rəhbərliyi bu bəyanata qarşı çıxıb və veto hüququndan istifadə edib.

Nəticədə yalnız Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josef Borrell X sosial şəbəkəsində öz adından bəyanatla çıxış edib. O, Venesuela seçki komissiyasını bütün seçki məntəqələrində səsvermə qeydlərinə girişi təmin etməyə çağırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*