“Macarıstan heç vaxt Rusiya ilə qarşı-qarşıya gəlmək istəmirdi” – Orbanbackend

“Macarıstan heç vaxt Rusiya ilə qarşı-qarşıya gəlmək istəmirdi” - Orban

Macarıstan heç vaxt Rusiya ilə qarşı-qarşıya gəlmək istəmirdi, əksinə, həmişə əlaqələri genişləndirməyi planlaşdırırdı.

KONKRET.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.

“Macarıstanın məqsədi həmişə ən yaxşı əlaqələr yaratmaq və qarşılıqlı şəkildə genişləndirmək olub. Biz buna müvəffəq olduq”, –  Orban qeyd edib.

“Hərbi əməliyyat və sanksiyalara görə, təəssüf ki, əlaqələrimiz çox zərər çəkdi və bu, bizim birlikdə qurduğumuz “parça”ya dərindən təsir etdi”, – nazir deyib.

Orban bildirib ki, Macarıstan bacardığı hər şeyi ikitərəfli təmaslardan xilas etməyə çalışır.

“Biz bu əməkdaşlığı təkcə kommunikasiya deyil, həm də iqtisadi səviyyədə dəstəkləməkdə maraqlıyıq. “Qazprom”a müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyinə görə təşəkkür edirəm. Biz əvvəllər əldə etdiklərimizin çoxunu saxlaya bilmişik”, – Orban vurğulayıb.

Putin öz növbəsində bəyan edib ki, Macarıstanla Rusiya arasında münasibətlər keçmişdən miras qalmış müsbət hər şeyə arxalanmaq əsasında qurulub.

“Bu, bir çox fəaliyyət sahələrinə, ilk növbədə iqtisadiyyata aiddir. Keçən il ticarət-iqtisadi əməkdaşlıqda 80 faizdən çox artım olub. Təəssüf ki, bu ilin ilk 7 ayında 35 faiz azalma müşahidə etdik”, – Putin xatırladıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*