“Macarıstan və Türkiyə bu qərarı ratifikasiya etməlidir” – Makronbackend

“Macarıstan və Türkiyə bu qərarı ratifikasiya etməlidir” - Makron

Fransa prezidenti Emmanuel Makron Macarıstan və Türkiyəni İsveçin NATO-ya daxil olmasını ratifikasiya etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Makron Finlandiyanın baş naziri Petteri Orpo ilə görüşdən sonra bildirib.

“İsveç qoşulmadan NATO-nun genişlənmə prosesi tam başa çatmayacaq”. “Vurğulamaq istəyirəm ki, Macarıstan və Türkiyə əvvəlki öhdəliklərinə uyğun olaraq ratifikasiya etməlidir”, – Makron deyib.

Fransa prezidenti qeyd edib ki, NATO-nun şimal ölkələrinə genişlənməsi “şimal və Arktika regionunda alyansın potensialını gücləndirəcək”.

Qeyd edək ki, Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün ərizələrini 2022-ci ilin mayında təqdim etmişdilər.Finlandiya artıq alyansa üzv olub və İsveçin müraciəti isə Türkiyə və Macarıstan tərəfindən hələlik ratifikasiya olunmayıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*