Magistraturaya qəbul olanların DİQQƏTİNƏ!backend

Magistraturaya qəbul olanların DİQQƏTİNƏ!

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar iyulun 6-dan 15-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

KONKRET.az xəbər verir ki, qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

İxtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

Qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 5229 nəfəri ali təhsil müəssisələrinin cari, 3095 nəfəri isə əvvəlki illərin məzunudur.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı elan olunacaq.

  • Ramina
    İyul 6, 2020 - 12:48

    Ancaq eseb kecirdir adam.her il tqdk nervi verir,indi de universitetler.birine düz emelli düsüb söz sorusa bilmirsen.karantin vaxtidi,deqiqede getmek de olmur.bir bu telefonu götürsünler de.qebul olmusuq yigmaq isteyirik universitete.düse bilmirik hec cure götüren yoxdur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*