Makron istefa verməyi düşünürbackend

Makron istefa verməyi düşünür

Fransa prezidenti Emmanuel Makron öz ətrafı ilə parlament seçkilərində sağların qalib gələcəyi təqdirdə dövlət başçısı vəzifəsindən istefa vermək imkanını müzakirə edir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Makronun özü son həftələrdə həmsöhbətlərindən biri ilə bu “ekstremal tədbirlər ssenarisini” müzakirə edib.

“Prezidentin istefası tabu deyil, bu gün biz bütün ssenariləri nəzərdən keçirməliyik ki, o, beş illik səlahiyyət müddətini qurban verməyə hazırdır”.

Qeyd edək ki, bundan əvvəl Makron Avropa Parlamentinə seçkilərdə tərəfdarlarının məğlubiyyəti fonunda Milli Assambleyanı buraxmaq qərarına gəlib.

Bu qərarın Fransada çoxları üçün gözlənilməz olduğu və hökumət daxilində ciddi müqavimətlə üzləşdiyi qeyd edilib. Belə ki, baş nazir Qabriel Attal dövlət başçısını fikrindən daşındırmağa çalışıb və ona istefasını təklif edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*