“Mançester Siti”nin sahibi “Palermo”nu alıbbackend

“Mançester Siti”nin sahibi “Palermo”nu alıb

“Palermo” klubu bu gün “City Football Group”a qoşulub.

KONKRET.az xəbər verir ki, İtaliya təmsilçisi artıq adıçəkilən şirkətin tərkibinə daxil olub.

“City Football Group” bu barədə iyulun 4-də rəsmi məlumat yayacaq. Şirkət dünyada 10 futbol klubuna sahibdir ki, onlardan ən məşhuru “Mançester Siti”dir.

Qeyd edək ki, “Palermo” 2019-cu ildə müflis elan edilib və daha sonra D seriyasından başlamalı olub. Ötən mövsümün sonunda komanda B seriyasına qayıdıb.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*